...

Böyük Britaniyada dövlət şirkəti günəş enerjisi layihəsinə rəhbərlik edəcək

Dünya xəbərləri Materials 22 Mart 2025 06:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyada dövlətə məxsus “Great British Energy” şirkəti məktəblər və xəstəxanalar üçün 200 milyon funt sterlinq (260 milyon dollar) dəyərində günəş paneli layihəsinə rəhbərlik edəcək.

Trend “Reuters”ə istinadən xəbər verir ki, bu, ötən il təsis edilən “GB Energy”nin ilk böyük sərmayəsi olacaq. Şirkət bərpa olunan enerjiyə sərmayələri artırmaq məqsədilə yaradılıb.

Hökumətin açıqlamasına görə, layihə çərçivəsində məktəb və xəstəxanaların damlarında günəş panelləri quraşdırılacaq.

Energetika naziri Ed Miliband bildirib ki, bu təşəbbüs əsas ictimai qurumların enerji xərclərini azaltmaqla yüz milyonlarla funt sterlinqin digər vacib sahələrə yönəldilməsinə imkan yaradacaq.

Xəbər lenti

Xəbər lenti