...

İsrailin Qəzzaya zərbələri nəticəsində HƏMAS Siyasi Bürosunun üzvü həlak olub

Dünya xəbərləri Materials 23 Mart 2025 06:42 (UTC +04:00)

Bakı. Trend:

Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun üzvü Salah əl-Bərdavil İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinin kənarına endirdiyi zərbə nəticəsində öldürülüb.

Trend-in məlumatına görə, bu barədə "Al Hadath" televiziyası xəbər verib.

Məlumata əsasən, Əl-Bərdəvil Xan Yunisin qərbində yerləşən əl-Məvasi bölgəsində məcburi köçkünlər üçün düşərgədə idi. Kanalın xəbərinə görə, həyat yoldaşı onunla birlikdə dünyasını dəyişib. HƏMAS hələlik bu məlumatı rəsmi şəkildə şərh etməyib.

Əl-Bərdəvil Fələstin Qanunvericilik Şurasının (birpalatalı parlament) üzvü və eyni zamanda Xan Yunisdə Həmas hərəkatının rəsmi nümayəndəsi idi.

Xəbər lenti

Xəbər lenti