...

İsrail HƏMAS-ın iki komandirini zərərsizləşdirib

Dünya xəbərləri Materials 24 Mart 2025 15:57 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail hərbçiləri HƏMAS hərəkatının iki komandirini zərərsizləşdirib.

Trend xəbər verir ki, bu haqda İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, son bir neçə gün ərzində İsrailin Müdafiə ordusu (SAXAL) və Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) bütün Qəza zolağı boyunca terrorçuların və döyüşçülərin olduğu mövqelərə zərbələr endirib. Bombardman nəticəsində “Qəzza” briqadasının komandirinin müavini Əhməd Şimali öldürülüb.

Bununla yanaşı, “Şücaiyə” taborunun komandiri Cəmil Vadiyənin də zərərsizləşdirildiyi barədə məlumat daxil olub.

İsrail tərəfinin iddiasına görə, Vadiyə 2011-ci ildə 16 yaşlı yeniyetmənin ölümü ilə nəticələnmiş məktəb avtobusuna tuş gəlmiş raket hücumunda iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti