...

ABŞ "NROL-69" kəşfiyyat peykini orbitə çıxarıb

Dünya xəbərləri Materials 25 Mart 2025 00:54 (UTC +04:00)
ABŞ "NROL-69" kəşfiyyat peykini orbitə çıxarıb

Bakı. Trend:

"SpaceX" şirkətinin "Falcon" 9 raketi bazar ertəsi ABŞ-ın NROL-69 kəşfiyyat gəmisini uğurla orbitə çıxarıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ Milli Hərbi Kosmik Kəşfiyyat İdarəsi bildirib.

Məlumata əsasən, peyklə birlikdə raket Şərq sahili vaxtı ilə saat 13:48-də Florida ştatının Kanaveral burnunda yerləşən ABŞ Kosmik Qüvvələrinin bazasındakı 40-sı start kompleksindən buraxılıb. Təxminən saat yarımdan sonra kosmik gəmi təyin olunmuş orbitə buraxılıb.

Xəbər lenti

Xəbər lenti