Bakı. Trend:
Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlər G7 ölkələri tərəfindən Ukraynaya verilən hərbi kreditlərə zəmanət kimi istifadə olunur.
Trend xəbər verir ki, bu barədə Brüsseldə Avropa Siyasət Mərkəzində çıxış edən Aİ Şurasının prezidenti Antonio Kosta bildirib.
"Aktivlərin dondurulmamasının çox praktik səbəbi var. Dondurulmuş aktivlərdən əldə edilən gəlirlər indi Ukraynaya təkcə Aİ ölkələri deyil, həm də Yaponiya, Kanada və ABŞ tərəfindən verilən G7 kreditləri üçün zəmanətdir. Aİ bu zəmanətləri qorumalıdır", - o qeyd edib.