Bakı.Trend:
Cənubi Koreyanın cənub-şərq bölgəsini cənginə almış meşə
yanğınlarında ölənlərin sayı 24 nəfərə çatıb.
Trend xəbər verir
ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, qurbanların çoxu 60-70 yaşlı sakinlərdir.
Bundan başqa, təbii fəlakət nəticəsində 26 nəfərin yaralandığı
bildirilir ki, onlardan 12-nin vəziyyəti ağırdır.
Sançun rayonunda meydana gəlmiş yanğın ocağı güclü küləyin təsiri
altında daha geniş ərazilərə yayılıb və 23 mindən çox insanı
evlərini tərk etmək məcburiyyətində qoyub.
Meşə yanğınları ilə mübarizəyə minlərlə yanğınsöndürən və təxminən
5 min hərbçi, o cümlədən ABŞ-nin Koreyadakı helikopterləri cəlb
olunub.
xxx
09:19
Cənubi Koreya tarixinin ən dağıdıcı meşə yanğınları ilə üzləşib. Ötən cümədən ölkənin cənub-şərq bölgəsində başlayan yanğınlar havaların quru və küləkli keçməsi ilə əlaqədar daha geniş ərazilərə yayılıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, 17,400 hektardan çox sahəni əhatə edən alov azı 18 nəfərin həyatına son qoyub, 20 nəfər yaralanıb.
Məlumata görə ölənlərdən dördü yanğınsöndürən olub. Bölgədə olan yüzlərlə bina və tikili, o cümlədən 1300 yaşı olan buddist məbədi məhv olub.