...

Andjey Duda sığınacaq müraciətlərinə məhdudiyyət gətirən qanunu imzalayıb

Dünya xəbərləri Materials 27 Mart 2025 01:29 (UTC +04:00)
Andjey Duda sığınacaq müraciətlərinə məhdudiyyət gətirən qanunu imzalayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşa Prezidenti Andjey Duda Belarus ilə sərhəddə sığınacaq müraciətlərinin qəbulunu məhdudlaşdırmağa imkan verən qanunu təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə “TVP Info” məlumat yayıb.

Duda İtaliyaya uçuşundan əvvəl verdiyi açıqlamada bildirib: "Mən bu gün (martın 26-da) qərar qəbul etdim ki, sığınacaq [hüququnun məhdudlaşdırılması] haqqında adlandırılan qanun qüvvəyə minsin. Mən bu qanunu imzaladım."

Bundan əvvəl Polşanın Baş naziri Donald Tusk Dudanı qanunu dərhal imzalamağa çağırmışdı. Hökumət Belarus sərhədində yeni məhdudiyyətlərin tətbiqinə başlamağı planlaşdırır.

Qeyd edək ki, ötən ilin oktyabrında Polşa hökuməti 2030-cu ilə qədər miqrasiya strategiyasını təsdiqləyib. Sənədin əsas bəndlərindən biri qanunsuz miqrantların sığınacaq üçün müraciətlərinin müvəqqəti dayandırılması mexanizmini nəzərdə tutur. Fevralda qanun layihəsi Seym (aşağı palata) tərəfindən qəbul edilib və daha sonra Senat (yuxarı palata) tərəfindən təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti