Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Nyu-York məhkəmələrinin ən çox korrupsiyaya qurşandığını və ölkədə məhkəmə sistemində yoxlamaların aparılmasının vacibliyini vurğulayıb.
Trend bu barədə Ağ Ev rəhbərinin sosial şəbək platformasında paylaşdığı yazıya istinadən xəbər verir.
"Məhkəmə sistemi ölkəmizin bir çox yerlərində iflasa uğrayıb, Nyu-York və Vaşinqton isə korrupsiya və radikalizmin mərkəzinə çevrilib. Bu saxtalaşdırılmış sistemi dərhal araşdırmaq lazımdır, yoxsa çox gec olacaq!", - o, qeyd edir.
Amerika lideri xüsusilə, hakim Ceyms Boasberqi "son dərəcə qərəzli" adlandırıb. Qeyd edək ki, hakim Boasberq daha əvvəl ABŞ-dən kütləvi deportasiyaların dayandırılması və miqrantları daşıyan bütün reyslərin geri qaytarılması barədə qərar vermişdi.