Bakı. Trend:
İsrail hərbi hava qüvvələrinin Livanın cənubuna endirdiyi hava zərbələri nəticəsində Hizbullah təşkilatının “Rədvan” təxribat qrupunun komandiri öldürülüb.
Trend xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, zərərsizləşdirilən şəxs son aylarda İsrailin arxa cəbhəsinə qarşı terror hücumlarını idarə edirdi və İsrailə, eləcə də onun mülki əhalisinə təhlükə törədirdi.
"İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna zərbələr endirərək, "Hizbullah"ın "Radvan" qüvvələrinin tabor komandiri Əhməd Adnan Baciqi məhv edib", - İsrail ordusunun bəyanatında bildirilir.