...

Tbilisidə çoxmərtəbəli yaşayış binasında yanğın: bir nəfər həlak olub

Dünya xəbərləri Materials 29 Mart 2025 15:00 (UTC +04:00)
Tbilisidə çoxmərtəbəli yaşayış binasında yanğın: bir nəfər həlak olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Martın 29-da Gürcüstanın Tbilisinin Varketili rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər yaşlı qadın ölüb.

Məlumata görə qonşu mənzillərdə yaşayan bir neçə insan tüstüdən zəhərlənib. Onlar xəstəxanaya yerləşdirilib.

Yanğın tamamilə söndürülüb, lakin başvermə səbəbi hələlik məlum deyil.

Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti