...

Almaniyada Tesla avtomobilləri yanıb

Dünya xəbərləri Materials 29 Mart 2025 20:18 (UTC +04:00)
Almaniyada Tesla avtomobilləri yanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın Ottersberq şəhərində (Verden rayonu) yeddi Tesla avtomobili tamamilə yanıb.

Trend-in "Spiegel" qəzetinə istinadən verdiyi məlumata görə, fövqəladə hadisə səhər saatlarında Amerika markalı avtomobil salonunun dayanacağında baş verib.

"Bu gün səhər tezdən Verden rayonunda, Ottersberqdə Tesla dilerinin qarşısında avtomobillər yanıb. Maşınlar tamamilə yanıb," - məlumatda qeyd edilib.

Güclü tüstü səbəbindən yerli sakinlərə pəncərə və qapıları bağlamaq tövsiyə olunub. Yanğın yalnız avtomobillərə deyil, salon binasına da ziyan vurub – darvazalar əriyib. Zərər ilkin olaraq yüz minlərlə avro dəyərində qiymətləndirilir.

Yanğınsöndürənlər yanğını tez bir zamanda söndürərək, avtomobillərin qalıqlarının xüsusi texnika ilə çıxarılması planlaşdırırlar. Yanğının səbəbləri hələlik məlum deyil.

Nəşr qeyd edir ki, bu hadisə Tesla-nın qlobal etiraz günündə baş verib, lakin bu əlaqənin təsdiqlənmədiyi bildirilib.

Xəbər lenti

Xəbər lenti