Bakı. Trend:
Brahma əməliyyatı çərçivəsində Hindistan dağıdıcı zəlzələdən zərər çəkən Myanmaya beş nəqliyyat təyyarəsi və iki gəmi humanitar yardım göndərib.
Trend xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Randxir Jaysval məlumat verib.
“Artıq beş təyyarə havaya qalxıb. Bundan başqa, Myanmaya gedən gəmilərimiz də var”, – Jaysval bildirib.
Məlumata görə, martın 29-da səhər saatlarında ilk gəmi 10 ton humanitar yardımla yola düşüb, ikinci gəmi isə günortadan sonra yola salınıb. Hər iki gəminin martın 31-də Yanqon limanına çatması gözlənilir.