...

Suriyada yeni hökumət formalaşıb

Dünya xəbərləri Materials 30 Mart 2025 01:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa yeni kabinetin formalaşması münasibətilə xalqı təbrik edərək, bu hökuməti "yaradıcılıq və dəyişiklik hökuməti" adlandırıb.

Trend xəbər verir ki, Əhməd əl-Şaraa bu fikirləri Qəsr əş-Şaab sarayında keçirilən mərasim zamanı səsləndirib.

"Ölkəmiz daha yaxşı gələcəyə doğru yeni tarixi dövrə qədəm qoyur. Biz yenidənqurma və islahatlar aparacaq hökumətin formalaşdığını elan edirik" - deyə o vurğulayıb. Əl-Şaraanın çıxışı Əl Hadath telekanalı tərəfindən yayımlanıb.

Prezident xalqı güclü və sabit dövlət quruculuğunun başlanacağına əmin edərək, bütün vətəndaşları birgə çalışmağa çağırıb. O, hökumətin fəaliyyətinin tam şəffaf olacağını və korrupsiyaya yol verilməyəcəyini bildirib.

Yeni kabinetdə keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani və müdafiə naziri Murhaf Əbu Qəsr vəzifələrini qoruyublar. Baş Kəşfiyyat Xidmətinin rəhbəri Ənəs Həsən Xəttab isə daxili işlər naziri təyin edilib.

Xəbər lenti

Xəbər lenti