...

Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 18-ə çatıb

Dünya xəbərləri Materials 30 Mart 2025 20:02 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Taylandın paytaxtı Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 18-ə çatıb, 76 nəfər itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə paytaxt administrasiyası yanında zəlzələnin nəticələrinin aradan qaldırılması üzrə qərargah məlumat yayıb.

Məlumata əsasən, itkin düşənlərin hamısı Banqkokun şimalındakı Çatuçak rayonunda Baş Auditor İdarəsinin binasının tikintisinə cəlb olunub. Hazırda orada axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Ümumilikdə bu obyektdə 11 nəfər həlak olub.

Şəhər hakimiyyəti bazar günü dağıntılar altında “həyat əlamətlərinin” tapıldığını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti