...

Bu ölkədə uçan avtomobillərlə sərnişin daşınmasına başlanılır

Dünya xəbərləri Materials 31 Mart 2025 16:40 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin Mülki Aviasiya Administrasiyası pilotsuz uçuş aparatlarına uçuş fəaliyyəti sertifikat verib. Bu, Çində dronlarla sərnişin daşınması (uçan taksi) dövrünün rəsmən başlanmasıdır.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, ilkin mərhələdə Çinin Quancou və Hefey şəhərlərində sərnişinlər bilet alaraq uçan avtomobillərin xidmətindən istifadə edə biləcək.

Qeyd edilir ki, uçuş fəaliyyəti sertifikatı alan uçan avtomobillər (eVTOL - elektrik mühərrikli şaquli qalxma və eniş həyata keçirən təyyarə) yerli “EHang” şirkətinin istehsalı olan dronlardır. EH216-S uçan avtomobilləri dünyanın 4 kateqoriyada (standartlaşma, uçuşa yararlılıq, istehsal və uçuş fəaliyyəti) sertifikat əldə edən ilk eVOLT-udur. Onun maksimum yük götürmə qabiliyyəti 220 kiloqram, sürəti saatda 100 kilometr, uçuş müddəti 21 dəqiqədir. İstehsalçının rəyinə görə, taksi həmin müddətdə 35 kilometr məsafə qət edə bilər.

Bu dronlar 60 mindən çox təhlükəsiz sınaq uçuşu həyata keçirib. Onlardan şəhər nəqliyyatında, turizm sektorunda, logistikada istifadə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti