Bakı. Trend:
2025-ci ilin fevral ayında Türkiyənin D-8 ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 9,6 faiz artaraq 858 milyon 309 min dollar olub.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“2025-ci ilin fevral ayında Türkiyənin D-8 ölkələrindən idxalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq 1 milyard 153 milyon 190 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.
Qeyd edək ki, bu ilin fevral ayında Türkiyənin xarici ticarət dövriyyəsi 49 milyard 294 milyon dollar olub.
Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin fevral ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 1,6 faiz azalaraq 20 milyard 761 milyon dollar, idxalı isə 2,4 faiz artaraq 28 milyon 533 min dollar olub.
Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 606 milyard 55 milyon dollara çatıb.
2024-cü ildə Türkiyənin ixracı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 261 milyard 855 milyon, idxalı isə 5 faiz azalaraq 344 milyard 20 milyon dollar olub.