...

Fevral ayında Türkiyənin İƏT ölkələrinə ixracı artıb

Dünya xəbərləri Materials 31 Mart 2025 17:45 (UTC +04:00)

Bakı. Trend:

2025-ci ilin fevral ayında Türkiyənin İƏT ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 11,1 faiz artaraq 6 milyard 49 milyon 309 min dollar olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2025-ci ilin fevral ayında Türkiyənin İƏT ölkələrindən idxalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24,2 faiz artaraq 3 milyard 636 milyon 742 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Qeyd edək ki, bu ilin fevral ayında Türkiyənin xarici ticarət dövriyyəsi 49 milyard 294 milyon dollar olub.

Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin fevral ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 1,6 faiz azalaraq 20 milyard 761 milyon dollar, idxalı isə 2,4 faiz artaraq 28 milyon 533 min dollar olub.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 606 milyard 55 milyon dollara çatıb.

2024-cü ildə Türkiyənin ixracı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 261 milyard 855 milyon, idxalı isə 5 faiz azalaraq 344 milyard 20 milyon dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti