Bakı. Trend:
Moldova Xarici İşlər Nazirliyi Rusiya səfiri Oleq Ozerova, Rusiya səfirliyinin bir neçə əməkdaşını arzuolunmaz şəxs (persona non-grata) elan edən nota təqdim edib.
Trend xəbər verir ki, bu barədə Molfova XİN məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, nota ilə Rusiya diplomatına səfirliyin üç əməkdaşı barədə "persona non-grata" statusu verilib. Qərar, Moldova Respublikası ərazisində diplomatik statusa zidd fəaliyyətin aşkar sübutlarına əsaslanır.
Sözügedən diplomatlara ölkəni tərk etmək tapşırılıb.
Bundan əlavə, Moldova XİN, Rusiya səfiri Oleq Ozerova, Dnestryanıda sülhməramlı əməliyyatların idarə olunması üzrə Birgə Nəzarət Komissiyasının rusiyalı həmsədri Aleksandr Andreyevin ölkədən çıxarılması qərarı barədə də məlumat verib.