...

Mərakeş kralı VI Məhəmməd Ramazan bayramı münasibətilə 1533 məhkumu əfv edib

Dünya xəbərləri Materials 31 Mart 2025 23:27 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mərakeş kralı VI Məhəmməd Ramazan bayramı münasibətilə müxtəlif cinayətlərə görə məhkum olunmuş 1533 nəfəri əfv etmək qərarına gəlib.

Trend-in Maghreb Arab Press (MAP) xəbər agentliyinə istinadən verdiyi məlumata görə, kral bayram namazını vəliəhd şahzadə Mulay Həsən, qardaşı şahzadə Mulay Rəşid, eləcə də şahzadələr Mulay Əhməd və Mulay İsmayılla birlikdə Rabatdakı Əhli-Fəz məscidində qılıb.

Məscidin imamı namazdan sonra xütbə oxuyaraq, martın 30-da başa çatan Ramazan ayının mənəvi və dini əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, VI Məhəmməd 1999-cu ildə atası II Həsəndən sonra taxta çıxıb və 17-ci əsrdən bəri hakimiyyətdə olan Alauilər sülaləsinin nümayəndəsidir.

Xəbər lenti

Xəbər lenti