...

Kallas Avropanın vahid ordusunun yaradılması təklifinə münasibət bildirib

Dünya xəbərləri Materials 1 Aprel 2025 10:56 (UTC +04:00)
Kallas Avropanın vahid ordusunun yaradılması təklifinə münasibət bildirib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas İspaniya hökumətinin Avropanın vahid ordusunun yaradılması ilə bağlı təklifinə münasibət bildirib.

Trend xəbər verir ki, Aİ ali rəsmisi El Mundo qəzetinə müsahibə verib.

"Düşünürəm ki, bizə, həqiqətən, birlikdə işləmək və məsələn, imkanlar və ya döyüş sursatları ilə bağlı məsələlərdə bir-birinə tam uyğun olması üçün 27 ordunun əməkdaşlığı lazımdır", - deyə bildirib.

"Həmçinin, hər bir ölkənin öz hərbi planlaşdırması və müdafiə büdcəsi olduğu üçün hərbi səyyarlıq məsələsində də bu vacibdir", - o əlavə edib.

Ali rəsminin sözlərinə görə, NATO ola-ola Avropada ayrıca bir ordu yaratmaq məqsədəuyğun deyil.

“Bu, çox təhlükəli olardı, çünki, hərbi böhran vəziyyətin əsas məsələ kimin kimə əmr verəcəyidir”, - deyə Kallas bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti