...

Trampın gömrük rüsumları ABŞ fond birjasını “çökdürüb”

Dünya xəbərləri Materials 5 Aprel 2025 15:43 (UTC +04:00)
Trampın gömrük rüsumları ABŞ fond birjasını “çökdürüb”
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Trampın ölkədə idxal olunan mallara ən azı 10%-lik gömrük rüsumunun tətbiq olunması ilə bağlı qərarı Nyu-York Fond Birjasının “çökməsinə” səbəb olub.

Trend xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, ABŞ qiymətli kağızlar bazarı COVİD pandemiyasından bəri ən sərt tənəzzülünü yaşayır. Artıq ardıcıl ikinci gündür ki, iri şirkətlərin səhmləri ucuzlaşmağa davam edir.

Uol-Stritdə hər üç aparıcı indekslər azı 5% aşağı düşüb. Ən kəskin səhm ucuzlaşması ilə öz məhsullarını yüksək tarifli Asiya ölkələrində istehsal edən “Nike” və “Apple” kimi Amerika şirkətlərinin üzləşdiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti