Bakı. Trend:
ABŞ Hökumətin Effektivliyi Departamentinin rəhbəri və milyarder İlon Mask ABŞ və Avropa ölkələrinin sıfır tarif sistemi və azad ticarət zonası tətbiq etməli olduqlarını bildirib.
Trend xəbər verir ki, bu fikri Mask, İtaliyanın baş nazirinin müavini Matteo Salvininin ABŞ prezidenti Donald Trampın Aİ-dən gələn mallara 20 faizlik rüsumlar tətbiq etməsi fonunda Florensiyada keçirilən Leqa partiyasının konqresi zamanı bildirib.
“Ümid edirəm ki, nəhayət hamı razılaşacaq ki, həm Avropa, həm də ABŞ, mənim fikrimcə, ideal olaraq, Avropa və Şimali Amerika arasında azad ticarət zonası yaradaraq, sıfır tarif vəziyyətinə keçməlidirlər”, – deyə Mask vurğulayıb.
Aprelin 2-də ABŞ prezidenti Donald Tramp, Aİ ölkələrinə 20% rüsum tətbiq edib. Bundan əlavə, 34% rüsum bir sıra ölkələrə, o cümlədən Çin, Vyetnam və Hindistana şamil olunur. Bu tariflər aprelin 9-dan qüvvəyə minəcək.