Bakı. Trend:
Ukrayna ilə münaqişənin nizamlanması üçün Rusiya da “tanqo oynamalıdır”.
Trend xəbər verir ki, bu sözləri NATO baş katibi Mark Rütte CBS telekanalına verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp münaqişənin sona çatdırılacağı bir nəticəyə nail olmağa çalışır, amma Rusiyasız buna nail olmaq çətin olacaq.
“Top açıq-aydın şəkildə rusların meydançasındadır”,- deyə Rütte Moskvanın seçim etməli olduğuna eyham vurub. Rütte bildirib ki,cəbhə xətti və ümumiyyətlə müharibə yalnış istiqamətdə irəliləyir.
O, eyni zamanda Tramp administrasiyasına dəstək ifadə edib.
"NATO Ukraynada davamlı və ədalətli sülhə nail olmaq səylərində ABŞ-ni tam dəstəkləyir",- deyə o qeyd edib.