Bakı. Trend:
Dominikan Respublikasının paytaxtı Santo Dominqoda yerləşən "Jet Set" gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 79-a yüksəlib.
Trend xəbər verir ki, bu barədə yerli "Diario Libre" qəzeti Santo Dominqo Fövqəladə Hallar Xidmətinin direktoru Xuan Manuel Mendese istinadla məlumat yayıb.
Mendez bildirib ki, dağıntılar altında qalan insanların axtarışları onların yaxınları ümidlərini itirməyənə qədər dayandırılmayacaq. Onun sözlərinə görə, son saatlarda sağ qalan heç kim aşkarlanmayıb. Nəşrin məlumatına görə, xəstəxanaya yerləşdirilənlərin sayı 150 nəfəri ötüb.
Hadisə ilə əlaqədar Dominikan Respublikasının prezidenti Luis Abinader ölkədə üç günlük milli matəm elan edib. Eyni zamanda, paytaxtın müxtəlif ərazilərində könüllü qanvermə aksiyaları keçirilir və donor mərkəzləri fəaliyyət göstərir.
XXX
00:16
Dominikan Respublikasının paytaxtı Santo-Dominqoda yerləşən “Jet Set” gecə klubunda baş verən hadisə nəticəsində 44 nəfər ölüb, 160 nəfər isə yaralanıb.
Trend xəbər verir ki, bu barədə ABC ölkənin müdafiə idarəsinə istinadən məlumat yayıb.
Ölkənin müdafiə idarəsi hadisənin nəticələrini açıqlayıb.
Gecə klubunun damı uçub, faciəvi nəticələrlə nəticələnib.