...

"Brent" markalı neftin qiyməti 62 dolların altına düşüb

Dünya xəbərləri Materials 9 Aprel 2025 02:06 (UTC +04:00)
"Brent" markalı neftin qiyməti 62 dolların altına düşüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Londonun ICE birjasında "Brent" markalı neftin iyun füçerslərinin qiyməti 3.79 faiz aşağı düşərək bir barelə görə 61.78 dollar səviyyəsinə enib.

Trend-in məlumatına görə, bu, 2021-ci il aprelin 7-dən bəri "Brent" markalı neftin ilk dəfə bir barelə görə 62 dolların altına düşməsidir.

Qiymətlərin bu azalma tendensiyasının ABŞ Prezidenti Donald Trampın administrasiyasının Çinlə ticarət qarşıdurmasını daha da gücləndirmək qərarından sonra baş verdiyi bildirilib.

Xəbər lenti

Xəbər lenti