...

Britaniya aviadaşıyıcı qüvvələri səkkiz aylıq ekspedisiyaya başlayır

Dünya xəbərləri Materials 9 Aprel 2025 03:29 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın aviadaşıyıcı hücum qrupu (AHQ) bu ayın 22-də Hind-Sakit okean regionuna (HSR) səkkiz ay davam edəcək genişmiqyaslı hərbi ekspedisiyaya start verəcək.

Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Ekspedisiyaya rəhbərlik edəcək “Prince of Wales” təyyarədaşıyan gəmisi bu gün Portsmutdan yola çıxaraq Kornuolda döyüş gəmiləri, yardımçı gəmilər və döyüş təyyarələrindən ibarət donanma ilə birləşəcək. Daha sonra AHQ Aralıq dənizinə yollanacaq və burada NATO komandanlığı altında Avropanın təhlükəsizliyini gücləndirməyə yönəlmiş hərbi təlimlərə qatılacaq.

Təxminən 4000 hərbçidən ibarət AHQ bundan sonra Hind okeanında Hindistan, İspaniya, Kanada, Malayziya, Norveç, Sinqapur və ABŞ daxil olmaqla 12 ölkə ilə birgə hərbi manevrlər keçirəcək. Daha sonra ekspedisiya Avstraliya sahillərində keçiriləcək “Talisman Saber” çoxmillətli təlimlərinə və Yaponiya Özünümüdafiə Qüvvələri ilə birgə manevrlərə qatılacaq.

Böyük Britaniya Müdafiə Nazirliyi qeyd edib ki, ekspedisiyanın əsas məqsədi ölkənin Hind-Sakit okean regionunda təhlükəsizliyin və sabitliyin qorunmasında liderliyini nümayiş etdirməkdir.

Xəbər lenti

Xəbər lenti