...

Gürcüstanın bir sıra iri şəhərlərində genişmiqyaslı elektrik kəsintisi baş verib

Dünya xəbərləri Materials 9 Aprel 2025 03:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanda elektrik enerjisinin genişmiqyaslı kəsilməsi qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə yerli KİV-lər xəbər verib.

Elektrik enerjisinin verilişi demək olar ki, ölkənin bütün iri şəhilərində – Batumi, Kutaisi, Poti, Rustavi, Tbilisi və digər yaşayış məntəqələrində dayanıb.

Hazırda kəsintinin səbəbləri araşdırılır. İnfrastruktur obyektlərinin fasiləsiz işləməsini təmin etmək üçün onlar generatorlara qoşulub.

Xəbər lenti

Xəbər lenti