Bakı. Trend:
Tayvanın şimal-şərqində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Adanın Mərkəzi Hava İdarəsi məlumat yayıb.
Yeraltı təkanların episentri Yilan qraflığının Suao qəsəbəsi yaxınlığında yerləşib. Zəlzələ yerli vaxtla saat 09:53-də (Moskva vaxtı ilə 04:53) baş verib.
Hazırda tələfat və dağıntılarla bağlı məlumat verilməyib. Rəsmilər vəziyyəti nəzarətdə saxlayır və mümkün fəsadlarla bağlı monitorinq aparılır.