...

Zaxarova Fransa səfirinin XİN-ə çağırılmasına aydınlıq gətirib

Dünya xəbərləri Materials 9 Aprel 2025 12:50 (UTC +04:00)
Zaxarova Fransa səfirinin XİN-ə çağırılmasına aydınlıq gətirib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiyada Fransa səfirinin ölkənin xarici işlər nazirliyinə çağırılmasının səbəbi məlum olub.

Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə açıqlamasında danışıb.

Zaxarova bildirib ki, səfirin Moskvada XİN-ə çağırılması rusiyalı XİN əməkdaşının Fransanın sərhəd xidməti tərəfindən saxlanılması ilə əlaqədar olub. Fransız sərhədçilər XİN əməkdaşının kompüter və telefonunu müsadirə edib.

Səfirə bununla əlaəqdar demarş ifadə olunub.

“Rusiya səfirliyi Fransanın XİN-ə etiraz notası göndərib. Rusiya XİN-də keçirilən danışıq zamanı Fransanın Moskva səfirliyinin rəhbərliyinə qəti etiraz bildirilib. Görülən tədbirlər nəticəsində həmkarımıza nəhayət ölkəyə daxil olmağa icazə verilsə də, o hava limanının sərhəd zonasında 24 saat gözləməyə məcbur qalıb. Bu hadisəni nəticəsiz qoymaq niyyətimiz yoxdur,” – deyə Zaxarova bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti