...

Ticarət müharibələri böyük fəsadlara yol aça bilər - Ərdoğan

Dünya xəbərləri Materials 9 Aprel 2025 14:41 (UTC +04:00)
Ticarət müharibələri böyük fəsadlara yol aça bilər - Ərdoğan
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ticarət müharibələri həm böyük həm də kiçik dövlətlərə təsir edəcək qlobal fəsadlara yol aça bilər.

Trend türk KİV-lərinə istinadən xəbər verir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan Türkiyə Böyük Millət Məclisində nitqlə çıxışı zamanı deyib.

“Rüsumların səbəb olduğu ticarət müharibələrinin qlobal miqyasda fəsadları olacaq. Bunu şişirtmədən belə demək olar ki, güclü qasırğa gəlib, böyüklü-kiçikli hamıya toxunacaq”, -deyə o bildirib.

Xatırladaq ki, 2 aprel tarixində ABŞ Prezidenti Donald Tramp yeni gömrük rüsumları sistemini təsdiqləyib. Əsas rüsum dərəcəsi bütün idxal olunan məhsullar üçün 10% təşkil edir, ayrı-ayrı ölkələr üçün isə bu göstərici daha yüksək olacaq: Məsələn, Çin üçün 34%, Vyetnam üçün 46%, Avropa İttifaqı üçün isə 20%.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti