...

Yunanıstanda ümumilli tətil – İctimai nəqliyyat iflic olub

Dünya xəbərləri Materials 9 Aprel 2025 19:33 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstanda iki iri həmkarlar ittifaqının çağırışı ilə ümumilli tətil keçirilir.

Trend bu barədə “Associated Press”ə istinadən xəbər verir.

Dövlət sektoru işçilərinin, o cümlədən, əksər sürücülərin, maşinistlərin və pilotların etiraz olaraq işə gəlməməsi ölkədə, xüsusilə də paytaxt Afinada ictimai nəqliyyatı iflic edib. Gəmi və təyyarə reysləri dayandırılıb. Dövlət və özəl müəssisələr qeyri-müəyyən müddətə bağlanıb.

Afinada yalnız məhdud sayda avtobus, trolleybus və tramvayların böyük intervallarla işlədiyi bildirilir.

Etirazın təşəbbüskarı olan həmkarlara ittifaqı beynəlxalq kreditorların 10 il əvvəl Yunanıstana qarşı tətbiq etdiyi sərt iqtisadi ölçlərə son qoymasını tələb edir. Eyni zamanda, onlar əməkhaqlarının qaldırılmasına və kollektiv danışıqlar aparmaq hüququnun bərpa olunmasına israr edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti