Bakı. Trend:
Rəsmi Pekin ABŞ-ın Çin mallarına tətbiq etdiyi idxal rüsumlarını artırmasına cavab olaraq ABŞ-dan idxal edilən mallara 84 faizlik gömrük tarifləri tətbiq edəcəyini açıqlayıb.
Trend xəbər verir ki, bu barədə Çinin Kommersiya Nazirliyi açıqlama yayıb.
Bundan başqa, ABŞ-ın daha 12 şirkəti Çinin ixrac nəzarəti siyahısına, 6 şirkəti isə etibarsız müəssisələr siyahısına daxil edilib.
Çin Xarici İşlər Nazirliyi də ABŞ-ın addımlarının cavabsız qalmayacağını, ölkənin qanuni hüquq və maraqlarını qorumaq üçün qətiyyətli tədbirlər görüləcəyini açıqlamışdı.
Qeyd edək ki, Donald Tramp prezident seçildikdən sonra Çin mallarına 4 mərhələdə rüsum tətbiqini elan edib. Aprelin 9-dan etibarən Çin malları üçün idxal rüsumları 104 faizə qaldırılıb. Birləşmiş Ştatlar ölkə səviyyəsində Çinin ən iri idxal bazarıdır. Ötən il Çinin ABŞ-a ixracı 462 milyard dollar, ABŞ-dan idxalı isə 143 milyard olub. ABŞ Çinin ümumi ixracının 14,7 faizini, idxalının isə 6,3 faizini təmin edir.