...

Kanadanın baş naziri ABŞ-la rüsumlarla bağlı dərhal dialoqa başlamağa hazırdır

Dünya xəbərləri Materials 10 Aprel 2025 05:38 (UTC +04:00)
Kanadanın baş naziri ABŞ-la rüsumlarla bağlı dərhal dialoqa başlamağa hazırdır

Bakı. Trend:

Kanadanın baş naziri Mark Karni ABŞ prezidenti Donald Trampla "dərhal" ticarət danışıqlarına başlayacağını bildirib.

Trend-in məlumatına görə, bu barədə M.Karni "X" sosial şəbəkəsində yazıb.

"Prezident Trampla razılaşdığımız kimi, ABŞ prezidenti və Kanadanın baş naziri dərhal yeni iqtisadi və təhlükəsizlik əlaqələri üzrə danışıqlara başlayacaqlar", - deyə o bildirib.

O, idxal rüsumlarındakı 90 günlük fasiləni “qlobal iqtisadiyyat üçün çoxdan gözlənilən möhlət” adlandırıb.

Onun sözlərinə görə, ABŞ-ın 75-dən çox ölkə ilə ticarət danışıqları "qlobal ticarət sisteminin əsaslı şəkildə yenidən qurulmasına səbəb olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti