...

Türkiyədə mədən uçdu: yaralılar var

Dünya xəbərləri Materials 10 Aprel 2025 10:16 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend.

Türkiyənin paytaxtı Ankarada “Kömür İşletmeleri Anonim Şirketi”nə məxsus kömür mədənində uçqun baş verib.

Trend bu barədə türk KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, baş verən uçqun nəticəsində biri ağır olmaqla 13 mədənçi yaralanıb. Hadisə yerinə gələn xilasedicilər zərərçəkənləri yaxınlıqdakı xəstəxanalara təxliyə edib.

İlkin araşdırmaya əsasən, qəza qaz sızması nəticəsində baş verib. Xəsarət alanlardan 2 nəfər Ankara Şəhər Xəstəxanasına, digərləri isə Beypazarı Dövlət Xəstəxanasına yerləşdirilib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları və aidiyyəti qurumlar tərəfindən araşdırma başladılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti