Bakı.Trend:
NATO və Avropa İttifaqı barışığın elan olunmasından sonra Ukraynaya qoşunların göndərilməsinin mümkünlüyünü müzakirə edib. Hərbi kontingentin “monitorinq”, “sülhməramlı missiya” və ya “Ukraya ordusunun gücləndirilməsi” kimi təyinanat variantları nəzərdən keçirilir.
Trend xəbər verir ki, bu haqda Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas “Arzulayanlar koalisiyası” ölkələrinin müdafiə nazirlərinin qeyri-rəsmi görüşü ərəfəsində bildirib.
"Müzakirə davam edir. Bəzi ölkələr iştirak etməyə hazırdır, bəziləri isə yox. Amma əsas sual ondan ibarətdir ki, əgər sülh olarsa, bizə hansı qüvvələr və imkanlar lazım olacaq. Biz monitorinq missiyasını, sülhməramlı missiyanı, qabaqlama missiyasını və gücləndirmə missiyasını nəzərdən keçiririk", - deyə Kallas bildirib.