...

Türkiyə Qara dənizdə gündəlik qaz hasilatını 8,8 milyon kubmetrə çatdırıb

Dünya xəbərləri Materials 11 Aprel 2025 21:00 (UTC +04:00)
Türkiyə Qara dənizdə gündəlik qaz hasilatını 8,8 milyon kubmetrə çatdırıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qara dənizin Türkiyə sektorundakı “Sakarya” yatağında təbii qaz hasilatının həcmi sutkada 8,8 milyon kubmetrə çatıb.

Trend xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlayıb.

Onun sözlərinə görə, daxili qaz hasilatının hazırkı həcmləri ölkədə 3,8 milyon abonentin tələbatını ödəməyə imkan verir.

Energetika naziri əmin edib ki, Qara dəniz yatağından qaz tədarükünün həcmləri artacaq.

“Artıq cari ayın sonunadək hasilatı 9,5 milyon kubmetrə çatdırmağı planlaşdırırıq, ümumilikdə, il ərzində istehlakçılara 7,5 milyard kubmetr qaz çatdırılacaq”, - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti