...

Floridada təyyarə qəzası nəticəsində azı 3 nəfər həlak olub

Dünya xəbərləri Materials 11 Aprel 2025 22:29 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Florida ştatında baş verən təyyarə qəzası nəticəsində azı 3 nəfər həyatını itirib.

Trend-in məlumatına görə, bu barədə "ABC News" telekanalı məlumat yayıb.

Bildirilir ki, kiçik ölçülü Cessna 310R tipli təyyarə Boka Raton şəhərində yollardan birinə çırpılıb. Təyyarədə olan bütün şəxslər hadisə yerində ölüb. Qəza zamanı avtomobillərdən birinin sürücüsü isə xəsarət alıb.

Hazırda qəzanın səbəbləri açıqlanmayıb. Məlumata görə, təyyarə Boka Ratondan Floridanın şimalında yerləşən Tallahassi şəhərinin beynəlxalq hava limanına uçurdu. Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti