Bakı. Trend:
Türkiyənin Samsun-Ankara avtomobil yolunda güclü qar yağışı yolları sürüşkən vəziyyətə salıb və görmə məsafəsini məhdudlaşdıraraq zəncirvari qəzalara səbəb olub.
Trend xəbər verir ki, Havza bölgəsinin Karageçmiş yaşayış məntəqəsində baş verən qəza nəticəsində 9 nəqliyyat vasitəsi toqquşub, 4 nəfər yüngül xəsarət alıb.
Hadisə yerinə jandarm, polis, təcili yardım və yanğınsöndürən briqadalar cəlb olunub. Qəza səbəbindən yolda təxminən 4 kilometrlik tıxac yaranıb.
Eyni avtomobil yolunun başqa bir hissəsində daha bir zəncirvari qəza qeydə alınıb. Bu dəfə 12 nəqliyyat vasitəsinin iştirakı ilə baş verən hadisədə xəsarət və ya tələfat qeydə alınmayıb.