...

Nigeriyada avtobusun minaya düşməsi nəticəsində 8 nəfər ölüb

Dünya xəbərləri Materials 13 Aprel 2025 01:07 (UTC +04:00)

Bakı. Trend:

Nigeriyanın şimal-şərqində avtobusun minaya düşməsi nəticəsində azı 8 nəfər ölüb, 21 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Vanguard" qəzeti xəbər verib.

Məlumata əsasən, hadisə Mayduquri-Damboa magistral yolunda (Borno ştatı) baş verib.

Partlayıcı qurğunun “Boko Haram” ekstremist qruplaşmasının terrorçuları tərəfindən yola qoyulduğu ehtimal edilir. Avtobus hərbçilərin mühafizəsi altında şəxsi və kommersiya maşınlarından ibarət karvanın tərkibində hərəkət edirdi.

Xəbər lenti

Xəbər lenti