Bakı. Trend:
Yəməndəki Ənsar Allah (husilər) hərəkatı İsrailin bir neçə strateji obyektinə hücum etdiklərini bəyan ediblər.
Trend-in məlumatına görə, bu barədə hərəkatın silahlı qüvvələrinin nümayəndəsi Yəhya Sariya açıqlama verib. Onun sözlərinə görə, Tel-Əviv yaxınlığındakı Ben Qurion hava limanı və İsrailin şərqində yerləşən Sdot Micha hərbi bazası raket hücumlarına məruz qalıb.
Sariya bildirib ki, Sdot Micha bazasına iki ballistik raket, o cümlədən Fələstin-2 hipersəs raketi atılıb. Ben Qurion hava limanının isə Zülfikar raketi ilə vurulduğu iddia olunur.
Husilər həmçinin Aşkelon şəhəri yaxınlığında yerləşən "vacib hədəfə" pilotsuz təyyarə ilə zərbə endirildiyini də açıqlayıblar.
İsrail tərəfi hələlik bu hücumlarla bağlı rəsmi açıqlama verməyib.