Bakı. Trend:
ABŞ prezident Donald Tramp həm zehni, həm də fiziki baxımdan tam sağlamdır.
Trend BBC-yə istinadən xəbər verir ki, bunu Ağ Evin həkimi Kepten Şon Barbabella müayinə nəticələrinə dair arayışda qeyd edir.
“Prezident Trampın sağlamlıq durumu əladır, onun ürək-damar, ağciyər, sinir sistemi və ümumi fiziki göstəricilər olduqca yaxşı vəziyyətdədir”, - deyə o bildirib.
Arayışda ötən ilin iyulunda baş vermiş sui-qəsd cəhdindən sonra Trampın “sağ qulağında güllə yarasından iz” aşkar edildiyi də qeyd olunub.
78 yaşlı Donald Tramp prezident vəzifəsini icra etməyə başlayan Amerika müstəqillik tarixinin ən yaşlı şəxsi sayılır. Cümə günü Merilend ştatının Betesda şəhərindəki Volter Rid hərbi xəstəxanasında aparılan və təxminən beş saat davam edən tibbi müayinə çərçivəsində Trampa bir sıra qan analizləri, ürək müayinəsi və ultrasəs yoxlamaları aparılmışdı.