...

Türkiyənin Aliağa limanı mindən çox gəmi qəbul edib

Dünya xəbərləri Materials 14 Aprel 2025 15:45 (UTC +04:00)

Bakı. Trend:

2025-ci ilin mart ayında Türkiyənin Aliağa limanı min 541 gəmi qəbul edib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Aliağa limanı Türkiyə bayrağı altında üzən 403, digər ölkələrin bayraqları altında üzən min 138 gəmi qəbul edib.

Qeyd edək ki, 2025-ci ilin mart ayında Türkiyə limanları 37 milyon 449 min 945 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 437 min 245 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 35 milyon 12 min 700 ton olub”, – deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin mart ayında Türkiyə limanlarından 6 milyon 14 min 854 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar-mart aylarında Türkiyə limanları 105 milyon 764 min 809 ton yük qəbul edib.

"Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 7 milyon 503 min 29 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 98 milyon 261 min 780 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar-mart aylarında Türkiyə limanlarından 16 milyon 865 min 574 ton transit yük daşınıb.

Qeyd edək ki, bu ilin mart ayında Türkiyə limanları 4 min 814 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı min 512, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 302 olub.

2025-ci ilin yanvar - mart ayında Türkiyə limanları 13 min 274 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 4 min 204, Türkiyə bayrağı altında olan gəmilər isə 9 min 70 olub”, - deyə nazirlikdən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti