...

Hakan Fidan ABŞ-nin dövlət katibi və iranlı həmkarı ilə telefonla danışıb

Dünya xəbərləri Materials 14 Aprel 2025 20:39 (UTC +04:00)
Hakan Fidan ABŞ-nin dövlət katibi və iranlı həmkarı ilə telefonla danışıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın dövlət katibi Marko Rubio və İranın XİN başçısı Seyid Abbas Araqçi ilə telefon danışıqları aparıb.

Trend türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Məlumata görə, Hakan Fidan ilə Marko Rubio arasındakı danışıq zamanı Türkiyə-ABŞ münasibətləri müzakirə edilib, Suriyadakı mövcud vəziyyət, Qəzzaya humanitar yardımların çatdırılması və Rusiya ilə Ukrayna arasında atəşkəsin əldə olunmasına dair səylər dəyərləndirilib.

Fidan və Araqçi arasındakı görüşdə isə İranın nüvə proqramı ilə bağlı ötən həftə Oman Sultanlığında keçirilən danışıqlar ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti