...

ABŞ Rusiya ilə Ukrayna danışıqlarında irəliləyir - Vitkoff

Dünya xəbərləri Materials 15 Aprel 2025 08:46 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Rusiya ilə Ukrayna razılaşması üzrə danışıqlarda irəliləyir.

Trend-in məlumatına görə, bunu ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff deyib.

Ondan Ukrayna ilə bağlı Rusiya ilə razılaşmanın nəzərdə tutulduğuna əmin olub-olmadığını soruşulub.

"Çox yaxşı söz işlətdiniz - nəzərdə tutulmaq. Bəli, buna əminəm", - deyə S.Vitkoff cavab verib.

O bildirib ki, artıq Rusiya prezidenti Vladimir Putinlə üç görüş keçirib.

"Son görüş təxminən beş saat davam etdi və ofisdə onun ən yaxın iki müşaviri də olub: [Rusiya prezidentinin köməkçisi] Yuri Uşakov və [Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill] Dmitriyev. Çox əhəmiyyətli görüş olub", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti