...

İranlıların Türkiyədə əmlak alışı azalıb

Dünya xəbərləri Materials 17 Aprel 2025 12:26 (UTC +04:00)

Bakı. Trend:

2025-ci ilin yanvar-mart aylarında İran vətəndaşları Türkiyədə 448 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 142 obyekt azdır.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin mart ayında İran vətəndaşları Türkiyədə 153 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin mart ayı ilə müqayisədə 29 obyekt azdır.

Qeyd edək ki, 2025-ci ilin mart ayında Türkiyədə 110 min 795 mənzil satın alınıb ki, bu da 2024-cü ilin fevral ayı ilə müqayisədə 5,1 faiz çoxdur.

Məlumata görə, 2025-ci ilin yanvar-mart aylarında Türkiyədə 335 min 786 mənzil satın alınıb.

"Bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20,1 faiz çoxdur", - deyə nazirlikdən qeyd edilib.

2025-ci ilin mart ayında Türkiyədə xarici vətəndaşlara min 574 mənzil satılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz azdır.

Eyni ilin yanvar-mart aylarında əcnəbi vətəndaşlar Türkiyədən 4 min 578 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 19,5 faiz azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti