...

İtaliyada kanat yolunda qəza nəticəsində 4 nəfər ölüb

Dünya xəbərləri Materials 18 Aprel 2025 07:53 (UTC +04:00)
İtaliyada kanat yolunda qəza nəticəsində 4 nəfər ölüb

Bakı. Trend:

İtaliyanın cənubunda "Funivia del Faito" kanat yolunda vaqonun aşması nəticəsində 4 nəfər ölüb, biri xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, bu barədə "Fanpage" nəşri xəbər verib.

Məlumata əsasən, beş nəfərin olduğu vaqon dartıcı kabellərdən birinin qırılmasından sonra uçuruma düşüb. Ölənlərdən üçü turistdir: iki Böyük Britaniya və bir İsrail vətəndaşı. Xəstəxanaya yerləşdirilən şəxs də İsrail vətəndaşıdır. Onun vəziyyəti ağırdır, lakin həyatı üçün təhlükə yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti