Bakı. Trend:
HƏMAS rəsmi olaraq İsrailin atəşkəslə bağlı təklifini rədd edib.
Trend xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
HƏMAS yalnız müharibənin tam dayandırılacağı və fələstinli məhbusların azad ediləcəyi təqdirdə İsrailli əsirləri sərbəst buraxmağa və sülh sazişi bağlamağa razı olacağını bəyan edib.
Videomüraciətdə HƏMAS-ın danışıqlar prosesindəki nümayəndə heyətinin rəhbəri Xəlil Əl-Həyya “İsrail baş naziri Netanyahunun siyasi gündəminə xidmət edən yarımçıq sövdələşmələri qəbul etməyəcəyini” vurğulayıb.
Hazırda Qəzzada HƏMAS-ın əsarətində 59 girovun qaldığı bildirilir, onlardan 24-nün artıq həyatda olmadığı güman edilir.
Qeyd edək ki, İsrail tərəfi 10 girovun azad edilməsi müqabilində 45 günlük atəşkəslə bağlı təklif irəli sürmüşdü.