Bakı. Trend:
Suriya hökuməti silahlı birləşmələrin fəallığının artması ilə əlaqədar İraqla sərhəd bölgələrində təhlükəsizliyi gücləndirmək üçün tədbirlər görüb.
Trend xəbər verir ki, cümə günü Dəməşqdən göndərilən əlavə hərbçilər keçid məntəqəsinin yerləşdiyi Əbu Kamal şəhərinə gəlib.
Onlara Deyr əz-Zor əyalətinin şərq sərhədinin bir neçə sahəsinə nəzarəti ələ keçirmək tapşırılıb. Xüsusi təyinatlıların sayı barədə məlumat verilmir.