...

Türkiyə kəşfiyyat rəhbəri HƏMAS nümayəndələri ilə Qəzza üzrə danışıqlar aparıb

Dünya xəbərləri Materials 19 Aprel 2025 18:44 (UTC +04:00)
Türkiyə kəşfiyyat rəhbəri HƏMAS nümayəndələri ilə Qəzza üzrə danışıqlar aparıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri İbrahim Kalın Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti ilə görüş keçirib.

Trend xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, HƏMAS nümayəndə heyətinə danışıqlarda Siyasi Büronun rəisi Məhəmməd Dərviş rəhbərlik edib. Görüşdə əsas diqqət Qəzza zolağında mövcud humanitar vəziyyətə yönəlib.

Tərəflər Qəzza sakinlərinə humanitar yardımın çatdırılması üçün mümkün tədbirləri və beynəlxalq səylərin əlaqələndirilməsi yollarını müzakirə ediblər.

Bundan əlavə, görüşdə Qəzzada davamlı və hərtərəfli atəşkəsə nail olmaq məqsədilə aparılan səylərin cari vəziyyəti də qiymətləndirilib.

Xəbər lenti

Xəbər lenti