Bakı. Trend:
Rusiya və Ukrayna Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə əsir mübadiləsi apararaq qarşılıqlı şəkildə 246 hərbçini təhvil veriblər.
Trend xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi "İzvestiya" qəzetinə açıqlama verib.
Moskva, əlavə olaraq, 31 yaralı Ukrayna hərbi əsirini Kiyevə təhvil verib. Əvəzində isə Rusiya tərəfi təcili tibbi yardıma ehtiyacı olan 15 yaralı hərbçisini geri alıb.